Bekhemdən “Barselona”lıya 4 illik təklif

“Barselona”nın futbolçusu Luis Suares karyerasını ABŞ-da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 32 yaşlı hücumçu Devid Bekhemin sahibi olduğu “İnter Mayami” klubuna transfer oluna bilər. Bu barədə İspaniyanın “El Mundo Deportivo” nəşri məlumat yayıb. Məlumatda, Bekhemin Suareslə görüşəcəyi və ona 4 illik müqavilə təklif edəcəyi bildirilib.

Suaresin “Barselona” ilə 2021-cü ilin yayına qədər müqaviləsi var.

“İnter Mayami” 2020-ci ildən etibarən MLS-də mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button