“Barselona”nın futbolçusu üçün 25 milyon avroluq təklif

Hazırda icarə əsasında “Betis”də çıxış edən “Barselona”nın futbolçusu Emerson karyerasını Fransada davam etdirə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu PSJ-nin hədəfindədir. Məlumata görə, Paris klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro təklif edir.

Emersonun “Betis”lə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Braziliyalı futbolçunun “Barselona” ilə müqaviləsi isə 2024-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button