Messi “Barselona”ya 15 milyon funt-sterlinq qazandıracaq

“Barselona”nın futbolçusu Lionel Messi qışda “Mançester Siti”yə keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb. Xəbərdə, “Mançester Siti”nin “Barselona”ya Messi üçün 15 milyon funt-sterlinq kompensasiya ödəyəcəyi bildirilir. Argentinalı futbolçu 2020/21 mövsümünün sonunda İngiltərə klubuna azad agent kimi keçə bilər.

Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında bitəcəyi üçün argentinalı futbolçu yanvardan başqa bir klubla danışıqlar apara bilər.