“Klubdakı bütün problemlərin səbəbkarı olmaqdan bezdim” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi klubdakı bütün problemlərin səbəbkarı kimi göstərilməkdən bezib.

Komanda.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bununla bağlı Argentinadan İspaniyaya qayıdarkən jurnalistlərin suallarına cavab olaraq deyib:

“Klubdakı bütün problemlərin səbəbkarı olmaqdan bezdim”.

Messinin yanvarda “Barselona”dan ayrılıb, “Mançester Siti”yə keçəcəyi gözlənilir.