“Bunlar “Barselona”nın daha yaxşı olması üçün idi” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Diario Sport” nəşrinə danışan Messi, “Barselona” azarkeşlərinə müraciət edib:

“Səhvlərimin bütün məsuliyyəti məndədir, amma bunlar “Barselona”nın daha yaxşı olması üçün idi. Klubdakı gələcəyimlə bağlı bütün söz-söhbətlərin dayanmasını istəyirəm. Dediyim və etdiyim şeylərə görə azarkeşləri incitmişəmsə, bunlar klubun daha yaxşı olması üçün olub. İndi bütün “Barselona” azarkeşləri birləşməli və daha yaxşısı üçün çalışmalıdırlar”.

Messinin “Barselona”dan ayrılacağı gözlənilsə də, o, daha sonra qərarından vaz keçmişdi.