Messi İngiltərənin daha bir klubunun hədəfində

“Barselona”nın futbolçusu Lionel Messi İngiltərənin daha bir klubunun maraq dairəsinə düşüb.

Komanda.az “goal.com” saytına istinadən xəbər verir ki, “Mançester Siti”dən sonra “Çelsi” də argentinalı hücumçuyla maraqlanır.

“Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Messi, yanvar ayından etibarən başqa klubla danışıqlar apara bilər. Daha əvvəl 33 yaşlı futbolçunun “Mançester Siti”yə keçəcəyi iddia olunurdu.

Messi bu mövsüm La Liqada 8 oyunda 3 qol vurub.