Messi “Argentina”, oğlu “İspaniya” deyir

“Barselona”nın futbolçusu Lionel Messi gələcək karyerası haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Messi, karyerasının sonlarında Argentinanın “Nyuells Old Boyz” klubuna keçmək istədiyini deyib:

“Arzum “Nyuell Old Boyz” klubunda oynamaqdır. Ancaq bilmirəm gələcəkdə nə baş verəcək. Oğlum Tiaqo ilə hara getməyimlə bağlı danışırıq. Onun Argentinadan xoşu gəlmir. Biz Argentinaya gedəndə, o, dərhal İspaniyaya qayıtmaq istəyir”.

Messinin “Barselona” ilə hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.