Messidən “el klasiko” açıqlaması – “Nə olur olsun…”

“Barselona”nın futbolçusu Lionel Messi dekabrın 18-də “Real”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, “el klasiko”da güclü rəqiblə qarşılaşacaqlarını deyib:

“Çox güclü və intizamlı oynayan “Real” gözləyirəm. “Barselona” – “Real” matçları hər zaman fərqli olur. Nə olur olsun, çox çətin oyun olacaq.

Özümü inkişaf etdirməyə çalışıram. Hər gün öyrənmək, özümə baxmaq, istirahət etmək və bunlardan zövq almaq önəmlidir. Özümü futbola həsr edə bildiyim üçün tanrıya təşəkkür edirəm”.