“Biz “Barselona”yıq və hər yerdə qazanmaq istəyirik” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, argentinalı hücumçu, Çempionlar Liqasını qazanmaq istədiklərini deyib:

“Çempionlar Liqası bizim üçün xüsusidir və hər il bunu qazanmaq istəyirik. Çempionlar Liqası ilə yanaşı, İspaniya La Liqası, ölkə kuboku da əhəmiyyətlidir. Hər zaman Çempionlar Liqası zəfəri haqda danışmağımız düzdür. Çünki biz “Barselona”yıq və hər yerdə qazanmaq istəyirik”.