“Təkcə “Barselona”nı deyil, İspaniyanı da tərk etmək istəyirdim” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, 2016-cı ildə “Barselona”dan ayrılmaq ehtimalının olduğunu deyib:

“Vergi ilə bağlı problemlər yarananda “Barselona”dan ayrılmaq istəyirdim. Təkcə “Barselona”nı deyil, İspaniyanı da tərk etmək istəyirdim. Mənə qarşı pis rəftar olduğunu hiss edirdim. Buna görə də, ayrılmaq istəyirdim. Ancaq heç vaxt rəsmi təklif almamışam. Çünki hamı “Barselona”da qalmaq istədiyimi düşünürdü. Ailəm üçün də çətin bir dövr idi. İnsanlar həqiqətdə nələrin olduğunu bilmirlər.

Ancaq indi ailəmlə burda olmaqdan xoşbəxtik. “Barselona”da qalıb, karyeramı burda bitirmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button