“Barselona”nın futbolçusu Romada – tibbi müayinədən keçəcək

“Barselona”nın futbolçusu Karles Peres karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 21 yaşlı hücumçu “Roma” klubuna keçəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Peres, bu gün tibbi müayinədən keçmək üçün Romaya gəlib. “Roma” ispan hücumçu üçün “Barselona”ya 13 milyon avro ödəyəcək.

Bu mövsüm “Barselona” ilə La Liqada 10 oyunda iştirak edən Peres, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button