“Alınmadı” – “Barselona”nın futbolçusu

“Barselona”nın futbolçusu Jordi Alba La Liqada “Betis”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Alba, 0:1 hesabıyla uduzduqları oyunla bağlı bunları söyləyib:

“İlk hissədə yaxşı qol imkanlarımız oldu. İkinci hissədə də üstün tərəf biz idik, amma qolu vuran rəqib oldu.

Oyunumuzu daha da inkişaf etdirməliyik. Hər matç bizim üçün bir təcrübədir. “Betis” kimi rəqiblə oynamaq çox yaxşıdır. Üç xal qazanmaq istəsək də, alınmadı. İndi qarşıda “Bayern”lə Çempionlar Liqası matçı var. Ümid edirəm ki, bu oyunda qələbə qazana bilərik”.