“Bu şəkildə çempion olmaq düzgün olmazdı” – Pike

“Barselona”nın futbolçusu Jerar Pike La Liqanın iyunun 12-də bərpa olunması ehtimalından danışıb.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan ispan müdafiəçi, bunları deyib:

“Hər şey haqqında ətraflı məlumatlanmışıq. Əlbəttə, qrup halında məşq etmək yaxşıdır. La Liqanın prezidenti Xavyer Tebas protokolların tərtib olunması üçün çox vaxt sərf edib. Bəzi insanlar qorxu içərisindədir, tapşırıqlara ciddi əməl etməliyik.

Bəzilərinin mövsümün erkən yekunlaşdırılmasını istəməsini normal qarşılayıram. Çünki təhlükə hələ bitməyib. Çempionatda lider olmağımıza baxmayaraq, bu şəkildə çempion olmaq düzgün olmazdı. Uzun müddətdir ki, futboldan uzaq qalmışıq. Oyunlarda itkilərimiz ola bilər”.

İspaniya La Liqası koronavirusa görə 27-ci turdan təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button