“Mövsümün əvvəlində məğlub olmaq…” – Pike

“Barselona”nın futbolçusu Jerar Pike La Liqanın ilk turunda “Atletik”ə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan müdafiəçi, 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“San Mames” stadionunda oynamaq həmişə çətin olub. Oyunun əvvəllərindən pressinq etdilər və fiziki cəhətdən bizdən yaxşı idilər. İkinci hissə isə yaxşı olan tərəf biz idik. Heyətimizdə yeni oyunçular var. Mövsümün əvvəlində məğlub olmaq, sonda uduzmaqdan daha yaxşıdır”.