“Nəticələri dəyişdirmək üçün sehirli topum yoxdur” – Pike

“Barselona”nın futbolçusu Jerar Pike La Liqanın 35-ci turunda “Atletiko”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan müdafiəçi, 0:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Daha yaxşı nəticəyə ümid edirdik. Biz daha yaxşı oynadıq, fürsətlərimiz oldu. Təəssüf ki, artıq hər şey bizdən asılı deyil. Buna baxmayaraq, titul uğrunda mübarizəmiz davam edir.

“Atletiko” çempionatda yaxşı müdafiə olunan, ən az qol buraxan komandalardandır. Onlara qarşı şans yaratmaq çox çətindir. Oyunun bəzi mərhələlərində biz, bəzilərində “Atletiko” üstün oldu.

“Real” qalan oyunlarının hamısında qələbə qazansa, çempion olacaq. Biz yenə də qarşıdakı oyunlarımızda üç xal qazanmalıyıq. Nəticələri dəyişdirmək üçün sehirli topum yoxdur. Sona qədər mübarizə aparacağıq”.

“Barselona” La Liqada 75 xalla 2-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button