Pike “Kadis”lə oyundan danışdı

“Barselona”nın futbolçusu Jerar Pike La Liqanın 24-cü turu çərçivəsində “Kadis”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan müdafiəçi, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Çox ağrılı bir nəticə oldu. “Atletiko”nun uduzmasından sonra xal fərqini azaltmaq üçün şansımız var idi. Çox hücum etsək də, iki xal itirdik. Bu matçda qələbə qazanmalı idik. Üç xal qazanmadığımız hər oyun bizim çempionluq şanslarımızı azaldır. La Liqada mövsümün bitməsinə hələ vaxt var. Hər şey özümüzdən asılıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button