“Messi bir xətt çəksə, o xətdən keçmək olmaz” – Pike

“Barselona”nın futbolçusu Jerar Pike İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi, açıqlamasında komanda yoldaşı Lionel Messi haqda danışıb:

“Messi bizim kapitanımızdır və onun sözləri dəyərlidir. Paltardəyişmə otağında onun sözü eşidilir. Messi bir xətt çəksə, o xətdən keçmək olmaz.

Bir gün paltardəyişmə otağında Neymarın transferiylə bağlı danışmışdıq. Ancaq sonra klubunda (PSJ) qaldı. Onunla hələ yaxın dostuq və görüşürük”.