Pikenin arzusu

“Barselona”nın futbolçusu Jerar Pike gələcəkdə klubun prezidenti olmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə ispan müdafiəçi “Marca” nəşrinə açıqlamasında deyib. O, arzusunun “Barselona”nın prezidenti olmaq olduğunu bildirib:

“Qarşıdakı seçkilərdə futbolçu olduğum üçün iştirak edə bilmərəm. Gələcəkdə nə olacağını heç kim bilmir. Əlimdən gələni edərək, bu kluba kömək etmək istəyirəm. Gələcəkdə “Barselona”nın prezidenti olmaq istərdim. Bu, mənim arzumdur, amma reallaşdıra biləcəyəmmi, bilmirəm”.

Pike 2008-ci ildən “Barselona”da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button