Başqaları ev alır, avtomobil alır, Pike isə…

“Barselona”nın futbolçusu Jerar Pike daha bir futbol klubunun sahibi olub.

Komanda.az xəbər verir ki, ispan müdafiəçi “Ximnastik Manresa” klubunda nəzarət payı əldə edib. Bu barədə “Marca” nəşri məlumat yayıb. Pike, “Ximnastik Manresa” klubunun idarə heyətinin üzvlərinin arasında keçirilən səsvermədə 80 faiz səs toplayıb. 32 yaşlı müdafiəçi yeni klubunun borclarının ödənilməsini də öz üzərinə götürüb.

Pike, bundan əvvəl “Andorra” klubunun da sahibi olmuşdu.