“Barselona”dan Bundesliqa klubuna

“Barselona”nın futbolçusu Jan-Kler Todibo karyerasını Almaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 19 yaşlı müdafiəçi icarə əsasında “Şalke” klubuna keçəcək. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Todibonun artıq Almaniyada olduğu və tibbi müayinədən keçdikdən sonra “Şalke” ilə müqavilə imzalayacağı bildirilir.

Todibo Bundesliqa təmsilçisi ilə müddəti mövsümün sonuna qədər olan icarə müqaviləsi imzalayacaq.

“Barselona” ilə 2023-cü ilin yayına qədər sözləşməsi olan Todibo, bu mövsüm 3 oyuna çıxıb.