“Barselona”da olmasaydım…” – Frenki de Yonq

“Barselona”nın futbolçusu Frenki de Yonq İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, holland yarımmüdafiəçi, “Barselona”ya keçməzdən əvvəl PSJ və “Mançester Siti”nin təklifini rədd etdiyini bildirib:

“Barselona”da olmasaydım, hansı klubda olacağımı demək çətindir. Ancaq PSJ və “Mançester Siti”dən təklif var idi. Pul məni maraqlandırmır. Klublarla danışıqlarımda da heç vaxt pul əsas rol oynamayıb.

Mənim seçimim “Barselona” oldu. Çünki danışıqlar zamanı ən çox bu klub mənə sevgisini göstərdi. İlk dəfə 2018-ci ildə menecerim mənə zəng etdi və “Barselona”nın marağının olduğunu dedi. Bundan çox qürurlanmışdım”.

“Barselona” Frenki de Yonqu 75 milyon avro qarşılığında “Ayaks”dan transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button