“Barselona”nın futbolçusu “Fiorentina” yolunda

“Barselona”nın yarımmüdafiəçisi Rafinya Alkantara karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Fiorentina”nın transfer hədəfindədir. İtaliya təmsilçisi Kataloniya klubuna ilk təklifini göndərib. Futbolçunun “Valensiya”ya transferinə razılaşan “Barselona”, “Fiorentina”nın daha sərfəli təklifindən sonra qərarını dəyişə bilər.

“Barselona”nın yetirməsi olan braziliyalı futbolçunun klubla müqaviləsi 2020-ci ilədək nəzərdə tutulub.