Rəsmi: Koutinyonun yeni klubu bilindi

“Barselona”nın futbolçusu Filippe Koutinyo karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Bavariya” klubu ilə razılaşıb. Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Koutinyo 2019/20 mövsümünü icarə əsasında “Bavariya”da keçirəcək.