“Barselona”dan ayrılacağını açıqladı

“Barselona”nın futbolçusu Denis Suares Kataloniya təmsilçisindən ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə 25 yaşlı yarımmüdafiəçi “Marca” nəşrinə açıqlamasında deyib:

“Barselona”dan ayrılacam. “Selta”? Mümkün variantdır. Bir gün “Selta”da oynayacağıma ümid edirəm. Başqa çempionatlardan da təkliflər var. Mənim istəyim La Liqada qalmaqdır”.

Son mövsümün ikinci yarısını icarə əsasında “Arsenal”da keçirən Suareslə “Atletiko”, “Valensiya”, “Selta” və “Vilyarreal” yaxından maraqlanır. 25 yaşlı futbolçunun “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button