“Barselona”nın futbolçusu “Benfika”da

“Barselona” müdafiəçisi Jan-Kler Todibonu icarəyə göndərib.

Komanda.az xəbər verir ki, 20 yaşlı futbolçu Portuqaliyanın “Benfika” klubuna icarəyə verilib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Todibo qarşıdakı iki il ərzində “Benfika”nın uğurları üçün çalışacaq. Portuqaliya klubu icarə haqqı kimi Kataloniya təmsilçisinə 2 milyon avro ödəyəcək.

“Barselona” Todibonu 2019-cu ilin yanvarında Fransanın “Tuluza” klubundan transfer edib. Ötən mövsüm o, “Şalke”də icarədə olub və 10 oyuna çıxıb. Fransız futbolçu “Barselona”da cəmi 5 matç keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button