“Barselona” Vidalı 1 milyon avroya satdı

“Barselona”nın futbolçusu Arturo Vidal karyerasını “İnter”də davam etdirəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, çilili yarımmüdafiəçinin “neradzurra”ya keçidi artıq həll edilib. “İnter” Vidal üçün “Barselona”ya 1 milyon avro ödəyəcək.

33 yaşlı yarımmüdafiəçi sabah “İnter”lə rəsmi müqavilə imzalayacaq. Vidal, yeni klubunda illik 6 milyon avro məvacib alacaq.