“Yuventus” üçün Turinə gəldi – “Barselona”nın futbolçusu

“Barselona”nın futbolçusu Artur karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Yuventus” klubuna keçəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Arturun artıq tibbi müayinədən keçmək üçün Turinə gəldiyi də bildirilir.

23 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “Yuventus”la rəsmi müqavilə imzalayacaq. Sözləşmənin detalları isə hələlik məlum deyil.

2018-ci ildən “Barselona”da çıxış edən Artur, Kataloniya təmsilçisi ilə 71 oyuna çıxıb.