Qrizmann: “Buna görə hirslənmişdik”

“Barselona”nın futbolçusu Antuan Qrizmann La Liqanın 8-ci turunda “Alaves”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qrizmann, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Üç xal qazanmaq istəyirdik və buna görə hirslənmişdik. Qapı qarşısında çoxlu şanslar yaratsaq da, fərqlənə bilmədik. Son zərbələrdə dəqiq olmalıyıq. Biz daha da inkişaf etməliyik. Qarşımızda uzun yol var və hələ başlanğıcdayıq. Üzərində işləməli olduğumuz məsələlər var”.