“Barselona”nın hücumçusunun evi qarət olundu

“Barselona”nın futbolçusu Ansu Fatinin evi qarət olunub.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Hadisə zamanı 18 yaşlı hücumçunun ailəsi evdə olub. Onlar televizordan “Barselona” – “Espanyol” matçını izləyirmiş.

Soyğunçular evdən pul və zinyət əşyaları oğurlayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button