“Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

“Barselona”nın futbolçusu Ansu Fati İspaniya millisində debüt edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət İspaniya millisinin Monteneqro ilə qarşılaşdığı oyunda (2:0) iştirak edib. 16 yaşlı Fati qarşılaşmanın 80-ci dəqiqəsində meydana daxil olub.

Qvineya-bisaulu Fati, bir müddət əvvəl İspaniya vətəndaşlığını alıb.