Breytveyt “Barselona”dan ayrılır? – açıqladı

“Barselona”nın futbolçusu Martin Breytveyt komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, TV3-ə danışan 29 yaşlı futbolçu, Kataloniya klubundan ayrılmayacağını bildirib:

“Qış fasiləsində, hətta mövsümün sonunda belə, komandadan ayrılmağım mümkün deyil. Növbəti mövsüm üçün hədəflərim var. Bu hədəflərə çatmaq üçün mübarizə aparacam.

Klubun başqa futbolçular axtarmasını başa düşürəm. Dünyanın ən yaxşı futbolçularına sahib olmaq istəyən “Barselona” kimi komandada belə olması lazımdır. Bu, məni qorxutmur, əksinə, həvəsləndirir. Daxili rəqabətə ehtiyacımız var”.