“Qələbə qazanmaq üçün nələrisə dəyişməyə çalışdım” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 8-ci turunda “Alaves”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis, 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“İlk hissədə zəif çıxış etməyimizə baxmayaraq, 3-4 qol imkanımız oldu. Rəqibin cərimə meydançasında daha effektli olmalıydıq. Buraxdığımız qol “Alaves”ə hədiyyə edilən bir şey idi.

Ansu Fatini niyə tez əvəzlədim? Ötən oyun onu daha çox meydanda saxladığım üçün tənqid olunmuşdum. Qələbə qazanmaq üçün nələrisə dəyişməyə çalışdım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button