Kumandan 0:2-yə şərh

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 20-ci turu çərçivəsində “Elçe”yə qarşı keçirdikləri səfər matçını şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Komandanın bu oyun tərzindən çox məmnunam. Sıx qrafikdəyik, çətin vaxtdır. Hər üç gündən bir oyuna çıxırıq.

Bütün diqqətimizi topladıq və oyuna nəzarət edən tərəf olduq. “Elçe” sıx müdafiə olunan komandadır, onlara qarşı qol vurmaq çətindir. Lakin biz səbr etdik, güclü təzyiqlər nəticəsində də qollar vurduq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button