“Messi haqda nə deyə bilərəm ki?”

“Barselona”nın baş məşqçisi Ernesto Valverde İspaniya La Liqasının 11-ci turunda “Valyadolid”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Valverde, 5:1 hesabıyla qələbə qazandıqları görüşdə 2 qol vurub, 2 məhsuldar ötürmə edən Lionel Messi haqda da fikirlərini bildirib:

“Messi haqda nə deyə bilərəm ki? Onu izah edəcək bir söz yoxdur. Messinin bu gün meydanda nələr edə biləcəyini gördük. İstədiyi oyunun nəticəsini dəyişəcək gücdədir. Bacarığı heç bir futbolçu ilə müqayisə edilə bilməz. O, hər topa toxunduğunda bunu göstərir, nə qədər xüsusi biri olduğunu hiss etdirir”.

Valverde, “Valyadolid”lə oyunda heyətdə dəyişikliklər etməsinin səbəbini də açıqlayıb:

“Məncə, yaxşı heyətlə meydana çıxdıq. Bir həftədə 3-cü oyunumuzu oynadıq. Önəmli olan dəyişikliyin nəticə verməsi idi. Geniş heyətimiz var. Bütün futbolçular forma uğrunda mübarizə aparır. Oynamağa layiq olan futbolçular var, ancaq kifayət qədər şans qazana bilmirlər. Belə oyunlarda olmaları onlar üçün xüsusi motivasiyadır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button