“İndi Çempionlar Liqasını qazana biləcəyimizi düşünürük” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasında “İnter”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Valverde, 2:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Belə nəticədən məmnunuq. Çünki rəqibimiz zəif deyildi. Komandam qələbə üçün oynadı və rəqabət edə bildiklərini göstərdilər.

Ansu Fati doğuşdan bombardirdir. Çempionlar Liqasının yeni rekordçusu olduğu üçün şadıq. İndi Çempionlar Liqasını qazana biləcəyimizi düşünürük. Hər oyunda qələbə istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button