“Messi və Qrizmannla bağlı çox danışırlar, ancaq…” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde Antuan Qrizmannın oyunu haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Valverde, Qrizmannla Lionel Messi arasında hansısa problemin olmadığını da deyib:

“Messi və Qrizmannla bağlı çox danışırlar, ancaq vəziyyət tamam başqadır.

Qrizmann fərqli oyun anlayışına sahibdir. O, “Barselona”da başqa oyun oynayır. Zamanla buna da uyğunlaşacaq. Neymar da onun kimi idi, əvvəllər çox çətinlik çəkmişdi”.

Qrizmann bu mövsüm “Barselona”da 14 oyuna 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button