“Barselona”nın baş məşqçisi Xavi komandadan ayrılacağı iddia olunan Frenki de Yonqla bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, niderlandlı yarımmüdafiəçinin klubda qalacağını söyləyib:
“Frenki de Yonq klubu tərk etməyəcək. O, “Barselona”nın əsas oyunçularındandır. Klub qış transfer pəncərəsi dövründə gəlir əldə etmək üçün işlər görür. Yeni birinin gəlməsi üçün kimsə getməlidir”.