Xavi “Real”a məğlubiyyəti şərh etdi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya superkubokunda “Real”a uduzduqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan ispan mütəxəssis, 2:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məyusam. İlk 20 dəqiqədə oyunumuzda komplekslərimiz oldu. Son oyunlarda ancaq nəticə haqda düşündük. Komplekslərdən qurtulandan sonra daha yaxşı oynamağa başladıq. Oyuna nəzarət bütünlüklə bizdə idi. Hesabda önə keçə bilsəydik, hər şey fərqli olardı. Bu oyun geridə qaldı. Ümumilikdə, düzgün yolda olduğumuzu düşünürəm”.