“Çox çalışdıq, ancaq olmadı” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya kubokunda “Atletik”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan ispan mütəxəssis, 2:3 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Düşünürəm ki, “Atletik” yaxşı oyun keçirdi. Bizim üçün çətin oldu. Rəqiblərimiz yaxşı müdafiə olunur, sona qədər döyüşürlər. Pedrinin qolu bizi əlavə vaxta apardı. Daha sonra isə yenidən hesabda geri düşdük. Çox çalışdıq, ancaq olmadı”.