Kuman: “Futbolçuları günahlandırmağı sevmirəm”

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 24-cü turu çərçivəsində “Kadis”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Kuman, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Əsəbi deyiləm, lakin belə oyunlarda bir qol vurub dayansan, hər şey ola bilər. Rahatlaşmaq üçün ikinci qolu vurmalı idik. Qələbə qazana bilmədiyimiz üçün məyusuq və iki xal itirdik. Futbolçuları günahlandırmağı sevmirəm, futbol komanda oyunudur. Hücumda daha effektli ola bilmədik, çox məyusam”.