Kuman: “Bəlkə də, baxımlı futbol oynamadıq, lakin…”

“Barselona”nın baş məşqçisi Ronald Kuman İspaniya kubokunun yarımfinal mərhələsində “Sevilya”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan niderlandlı mütəxəssis, 3:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Sona qədər mübarizə apardıq. Komandamın bugünkü çıxışından məmnunam. Qələbə qazanmağa layiq idik. Hər iki oyunda da daha yaxşı olan biz idik.

Rəqibə təzyiq edərək, irəli getdik. Komandam fiziki cəhətdən güclüdür. Bəlkə də, baxımlı futbol oynamadıq, lakin topa sahib olduq və qol imkanları yaratdıq. Hər zaman düzgün yolda olduğumuza inanmışıq. Heç vaxt təslim olmuruq”.

“Barselona” ilk oyunda “Sevilya”ya 0:2 hesabıyla uduzsa da, cavab matçında rəqibini üç cavabsız qolla məğlub edərək, finala yüksəlib. Kataloniya təmsilçisinin finaldakı rəqibi “Levante” – “Atletik” cütünün qalibi olacaq.