Kuman: “Bundan sonra gələcəyimlə bağlı danışmayacam”

“Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kuman, La Liqada “Valensiya”ya qarşı keçirəcəkləri matçdan əvvəl bunları deyib:

“Gələcəyimin müzakirə olunmasına öyrəşmişəm. Böyük klublarda belə hallar normaldır. Ötən il də bunlar yaşandı, amma rəhbərlik məni dəstəklədi. Qələbələr qazanmalıyıq. Bundan sonra gələcəyimlə bağlı danışmayacam”.

“Barselona” bu mövsüm La Liqada 7 oyunda 12 xal qazanıb. Kataloniya təmsilçisi bu gün 8-ci tur çərçivəsində “Valensiya”nı qəbul edəcək. Matç saat 23:00-da start götürəcək.