Kuman: “Çempionlar Liqasının əsas favoriti deyilik, ancaq…”

“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Macarıstan “Ferentsvaroş”uyla qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, matçla bağlı bunları deyib:

“Qrup mərhələsinə qələbə ilə başlamaq hər zaman vacibdir, xüsusən də ev oyunlarında. Qarşılaşma çətin olacaq, çünki indiki vaxtda zəif rəqib yoxdur. “Barselona”dasansa, kuboklar uğrunda mübarizə aparmalısan. Çempionlar Liqasının əsas favoriti deyilik, ancaq finala qədər gedə bilərik”.

Bu gün keçiriləcək “Barselona” – “Ferentsvaroş” matçı saat 23:00-da start götürəcək.