Kuman: “Bu vəziyyətin bizimlə oyuna təsir edəcəyini düşünmürəm”

“Barselona”nın baş məşqçisi Ronald Kuman bu gün La Liqanın 7-ci turu çərçivəsində “Real” a qarşı keçirəcəkləri oyun haqda danışıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, mövsümün ilk “el klasiko”su ilə bağlı bunları deyib:

“Hər iki komandanın üzərində böyük təzyiq var. “Real” son iki oyununda öz səviyyəsində olmaya bilər, amma bu vəziyyətin bizimlə oyuna təsir edəcəyini düşünmürəm. İki komandada da təzyiqlərin öhdəsindən gələ biləcək futbolçular var.

“Real” bəzən 4-4-2, bəzən də 4-3-3 formatında oynayır. Bu oyunda daha kompakt və bir-birlərinə yaxın oynayacaqlarını düşünürəm. Xüsusilə, Serxio Ramosun olması onlara təsir edəcək”.

Bu gün keçiriləcək “Barselona” – “Real” matçı saat 18:00-da start götürəcək.