Kuman Messi ilə ilk görüşündən danışdı

“Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, “Barselona”ya gəldikdən sonra komandanın kapitanı Lionel Messi ilə ilk görüşündən danışıb:

“Barselona”ya gəldikdən sonra ilk olaraq Messi ilə əlaqə saxladım. Onun evinə getdim və danışdım. Messi ilə komandadakı rolundan və öz planlarımdan söhbət etdim. Daha sonra hər şey yaxşı nəticələndi. Messi komandada qalacağını açıqlayandan sonra ondan gözlədiklərimin hamısını edib”.