“Bu, “Barselona” üçün baha başa gəldi” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman İspaniya La Liqasının 6-cı turunda “Xetafe”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, 0:1 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“İkinci hissədə yaxşı oynamadıq və bu, “Barselona” üçün baha başa gəldi. Penalti qərarını şərh etmək istəmirəm, ümumilikdə, hakimlər haqda danışmağı sevmirəm.

Oyunda qol vurmaq üçün şanslarımız az oldu. İlk hissə daha yaxşı idik. Hücumda keyfiyyətli futbolçularımız var. Ansu Fati, Lionel Messi və Antuan Qrizmann fərqli mövqelərdə oynamağı bacarırlar. Pedri də sərgilədiyi oyunla “Barselona”ya layiq olduğunu göstərdi”.