“Real”ın xal itirəcəyinə ümid edirik” – Setyen

“Barselona”nın baş məşqçisi Kike Setyen La Liqanın 32-ci turunda “Selta”yla qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Setyen, 2:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Topa normal sahib ola bilmədik. Daha yaxşı oynaya bilərdik. Rəqibə şanslar verdik və onlar da bunu dəyərləndirdi. 11 gün əvvəl “Real”dan iki xal öndəydik, ancaq onlar bu turda qələbə qazansalar, bizdən önə keçəcəklər. “Real”ın xal itirəcəyinə ümid edirik”.

“Barselona” hazırda 69 xalla liderdir. Aktivində 68 xal olan “Real” bu gün “Espanyol”u məğlub edəcəyi halda, liderliyə yüksələcək və rəqibini iki xal qabaqlayacaq.