Messi “Barselona”dan ayrılır? – Setyendən açıqlama

“Barselona”nın baş məşqçisi Kike Setyen komandadan ayrılacağı iddia olunan Lionel Messi haqda danışıb.

Komanda.az xəbər verir ki, AS nəşrinə açıqlama verən Setyen, bunları deyib:

“Mən bu mövzuda heç nə danışmaq istəmirəm. Messi bu barədə mənə nəsə deməyib. Daha bir şey deyə bilmərəm”.

Messinin “Barselona”dan ayrılacağı və karyerasına “Mançester Siti”də davam edəcəyi iddia olunur.