“Hərdən ən yaxşı oyunumuzu göstərə bilmirik” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “sport.es” saytına danışan 55 yaşlı mütəxəssis, komandanın son zamanlardakı çıxışını dəyərləndirib:

“Barselona” çoxlu tənqidlərdən sonra iki çətin səfər matçından qələbə ilə ayrıldı. Biz çempionatın lideriyik. Bəzən yaxşı oynamasan da, qalib gələ bilirsən. Yaxşı oynamasaydıq, “Vanda Metropolitano”da “Atletiko”nu məğlub edə bilməzdik. Bəli, hərdən ən yaxşı oyunumuzu göstərə bilmirik.

Hazırda mövsümün həlledici hissəsindəyik. Komanda hazırda çox güclüdür və bunun dəyişməsini istəmirəm”.

“Barselona” hazırda La Liqada 31 xalla liderdir.