“Messiyə sahib olmaq böyük üstünlükdür” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde İspaniya La Liqasının 15-ci turunda “Atletiko”nu məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Valverde, 1:0 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

“Lionel Messiyə sahib olmaq böyük üstünlükdür. Hər şeyi çox asan və istədiyi kimi edir.

“Atletiko” ilə oyunun çətin olacağını bilirdik. İlk 20 dəqiqə yaxşı oynadıq. Sonra da daha diqqətli olduq və burdan qələbə ilə qayıtmağı bacardıq. Xoşbəxtik”.

“Barselona”ya qələbə qazandıran yeganə qolu 86-cı dəqiqədə Lionel Messi vurub.